Braziliya prezidenti and içdi – Tramp ona tvit atdı: “ABŞ sizinlədir”

Braziliyada keçirilən prezident seçkilərində qalib gələn Jair Bolsonaru rəsmi olaraq prezident səlahiyyətlərinin icrasına başlayıb.

Bu barədə Globo-ya istinadən xəbər verilir.

Qeyd edilir ki, o, ölkə parlamentinin Aşağı Palatasının xüsusi iclasında and içib.

ABŞ prezidenti Donald Tramp Braziliyanın yeni dövlət başçısı Jair Bolsonarunu təbrik edib.

Bu barədə Ağ Ev rəhbəri özünün “Twitter” səhifəsində yazıb.

Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Jair Bolsonaruya dəstək verir.

“Çox gözəl inauqurasiya nitqi ilə çıxış edən prezident Bolsonarunu təbrik edirəm. ABŞ sizinlədir”, – deyə o yazıb.

Braziliyanın sağ Sosial-Liberal Partiyasından olan Jair Bolsonaru prezident seçkilərində Zəhmətkeşlər Partiyasından olan namizəd Fernandu Addada qalib gəlib. (Report)