Tramp Putini ittiham etdi – Onun qətllərdə və zəhərlənmələrdə əli var

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini ittiham edib.

“Exo Moskvı” radiosuna istinadən xəbər verilir ki, bu fikirləri Ağ Evin sahibi CBS kanalına verdiyi müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə Putinin qətllərdə və zəhərlənmələrdə əli ola bilər. Çünki bütün bu hadisələr ABŞ ərazisində baş verməyib.

Tramp çıxışında Ukraynaya ən modern silah və tank əleyhinə sistemlərin də verilməsini etiraf edib.

O, Çinin dəyirmanına da daş atıb: “Bu ölkə Rusiyadan fərqli olaraq rəsmi Vaşinqton üçün daha təhlükəlidir”. (AzNews.az)

News Reporter