Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmasının üzvlərinə medal verildi

Azərbaycan yığmasının 3 üzvü Gürcüstanın Batumi şəhərində təşkil edilən Ümumdünya Şahmat Olimpiadasında öz lövhələrində göstərdikləri nəticələrə görə medala layiq görülüblər.

Kişilərin yarışında ikinci lövhədə çıxış edən Teymur Rəcəbov və dördüncü lövhədə mübarizə aparan Rauf Məmmədov bürünc medal qazanıb.

Qadınlardan ibarət millidə isə üçüncü lövhədə yarışan Xanım Balacayeva ən yüksək nəticəylə qızıl medal əldə edib.

Qeyd edək ki, Azərbaycanın kişi və qadın şahmatçıları Olimpiadada müvafiq olaraq, 15 və 9-cu yerləri tutublar.

News Reporter

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.